Mehriban Nəsib
Mehriban Nəsibova (1976, Qutqaşen rayonu) — ABŞ-dəki Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı
Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün "Qəbələ-sağlam mühit" (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000–2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. "Məhəbbət olanda" adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dəki Kolumbiya Universitetində magistr təhsili alır.